16-17 may tarixlərində Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti və Xəzər Universiteti əməkdaşlığı çərçivəsində müxtəlif universitetlərdə Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan, müsabiqə yolu ilə seçilmiş 23 nəfər 2, 3 və 4-cü kurs tələbələri üçün “Geoloji risklərin qiymətləndirilməsi və idarə edilməsi, minimallaşdırılma üsulları” mövzusunda 2 günlük təlim keçiriləcəkdir. 2 gün ərzində tələbələrə beş bölmə üzrə təlim veriləcəkdir. Təlimi uğurla tamamlamış tələbələrə sertifikatlar təqdim olunacaqdır.