20 may 2022-ci il tarixində saat 12:00-da Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Kompüter elmləri departamentinin təşkilatçılığı ilə “Fairness in Computer Vision: a practical approach towards responsible AI” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Berlin Texniki Universitetində təhsil alan doktorant Günay Kazımzadədir.
Seminar online şəkildə keçiriləcək. İştirak etməyi arzu edənlərdən aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.