20 aprel 2022-ci il tarixində saat 15:00-da Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Coğrafiya və Ətraf Mühit departamentinin təşkilatçılığı ilə “Coğrafi İnformasiya Sistemlərindən istifadə etməklə turizm potensialının artırılması” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində təhsil alan doktorant Nurtac Süleymanzadədir.
Seminar Xəzər Universitetinin Neftçilər Kampusunda (Məhsəti k. 41) təşkil olunacaqdır. İştirak etməyi arzu edənlərdən qeydiyyat üçün tam adlarını və e-maillərini qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur: gbahaddinova@khazar.org