Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Rusiya Rederasiyasının Sankt-Peterburq Dövlət Universitetində təhsil alan doktorantın seminarı keçiriləcək.
4 mart 2022-ci il tarixində Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Fizika və Elektronika departamentinin təşkilatçılığı ilə “Molekulyar Dinamika Metodu” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Rusiya Federasiyasının Sankt- Peterburq Dövlət Universitetində təhsil alan doktorant Kənan Məmmədhəsənovdur.
Seminar saat 16:00-da Microsoft Teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıda qeyd olunan link vasitəsi ilə və ya qeydiyyat üçün tam adlarını və e-maillərini gbahaddinova@khazar.org e-mail ünvanına göndərməklə seminara qoşula bilərlər.