25 fevral 2022-ci il tarixində Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və “Komputer elmləri” departamentinin təşkilatçılığı ilə “Süni İntellekt sistemləri: Data keyfiyyəti və qərəzlilik” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Almaniyanın Berlin Texniki Universitetində təhsil alan doktorant Günay Kazımzadədir.
Seminar saat 14:00-da Microsoft teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər seminara aşağıdakı link vasitəsilə qoşula bilərlər.