2021-ci il aprelin 17-də saat 14:00-da Xəzər Universitetində Dillər və Ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə dəyirmi masa keçiriləcək. Dəyirmi masada Türkiyənin Kastamonu və Karabük Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmlar İnstitutunun və Bakı Slavyan Universitetinin əməkdaşları müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.