2020-ci il sentyabrın 28-də “Creative Spark” layihəsi çərçivəsində Middlesex Universiteti, Kyrgyz National Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə virtual yekun konfrans keçiriləcək. Konfransda Britaniya Konsulluğunun, tərəfdaş universtitetlərin nümayəndələri ilə yanaşı, Big Idea Challenge yarışmasında iştirak etmiş tələbələr də çıxış edəcəklər.
Məruzəçilər COVİD-19 pandemiyasından sonrakı dövrdə yaradıcılıq, yenilik və sahibkarlıq mövzusunda təcrübələrini bölüşərək, müzakirələr aparacaqlar.
Tədbir Bakı vaxtı ilə saat 12:00-da Microsoft TEAMS proqramı vasitəsilə keçiriləcək.
Bu link vasitəsilə qeydiyyatdan keçmək olar: Join Microsoft Teams Meeting.
Əlavə məlumat üçün sguluyeva@khazar.org email ünvanı vasitəsilə Səbinə Quluyeva ilə əlaqə saxlamaq olar.