Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “Su qıtlığı Azərbaycanda əməkdaşlıq və münaqişə mənbəyi kimi ” adlı seminar keçiriləcəkdir.
Məruzəçi Firuz Süleymanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Finlandiyanın Eastern Finland Universitetində doktorantura təhsili alır.
Seminar 08 may 2024-cü il tarixində saat 10:00-da canlı şəkildə Xəzər Universitetinin Neftçilər korpusunda 102N nömrəli otaqda keçiriləcəkdir. İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.