2019-cu il dekabrın 6-sı saat 15:00-da Xəzər Universitetinin Fikrət Əmirov Konfrans-Konsert zalında (Bəşir Səfəroğlu küç. 122) Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin 1-ci il tələbələri ilə görüşü keçiriləcək.
Görüşün məqsədi 1-ci il tələbələri ilə professor Hamlet İsaxanlını daha yaxından tanış etməkdir.
1-ci il tələbələrinin və qurum rəhbərlərinin iştirakı vacibdir.