2019-cu il oktyabrın 19-da Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşəbbüsü və Xəzər Universitetinin dəvətilə Özel Boylam Psixiatriya İnstitutu və xəstəxanasının qurucusu professor Ertuğrul Köroğlu Bakıya gələcək. Onun Xəzər Universitetinin klinik psixologiya tələbələrinə mütəmadi olaraq mühazirələr və praktiki işlər verməsi nəzərdə tutulmuşdur.