2019-cu il mayın 27-də Xəzər Universitetində Akaki Tsereteli Dövlət Universitetinin koordinatoru olduğu və Xəzər Universitetinin də əməkdaşlıq etdiyi Erasmus+ AESOP layihəsinin növbəti idarəetmə görüşü keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Portuqaliya, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 tərəfdaş universitetin nümayəndələri iştirak edəcəklər. Görüşdə indiyə qədər layihə çərçivəsində görülmüş işlər, təlimlər və s. haqqında məruzələr dinlənəcək və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılacaq.