2019-cu il mayın 3-ü saat 14:30-da Xəzər Universitetinin “Neftçilər” korpusunda “Mehmet Akif Ersoydan Bəxtiyar Vahabzadəyə “İstiqlal şüuru”” adlı ədəbi-bədii seminar keçiriləcək. Tədbir Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi, Bakı Yunus Emre İnstitutu, Sebîlürreşad Mədəniyyət və Təhsil Dərnəği, Avrasiya Ekonomik Əlaqələr Dərnəği (EkoAvrasya), Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və ŞİİRDER-in birgə təşkilatçılığı ilə keçirilir.
Maraqlanan hər kəs dəvət olunur.