2018-ci il dekabrın 19-u saat 13:40-da Xəzər Tədqiqata Dəstək Mərkəzi tələbələr üçün təlim keçirəcək. Dəvət edilmiş məruzəçi Çikago Dövlət Universitetinin professoru Nadeem Fazal “Google zamanında tədqiqat” (“Research in the time of Google”) mövzusunda təlim verəcək.
Ph.D. və magistr tələbələrin seminarda iştirakı ciddi şəkildə tövsiyə olunur.
Təlim Xəzər Universitetinin “Neftçilər” kampusunun 101O kompüter otağında keçiriləcək.