2018-ci il dekabrın 13-ü saat 11:00-da Xəzər Uiversitetinin konfrans zalında (otaq 102N) İqtisadiyyat və Menecment fakültəsinin və Beynəlxalq əlaqələr ofisinin təşkilatçılığı ilə Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Hindistanın dünya turizmində rolu, turizmin inkişafına aid tövsiyələr, Hindistanın iqtisadi, sosial və siyasi həyatı, Azərbaycan və Hindistan arasında ikitərəfli inkişaf münasibətləri haqqında tələbələrə mühazirə keçəcəkdir.
Arzu edən hər kəs mühazirəyə dəvətlidir.