2018-ci il dekabrın 11-də Xəzər Universitetinin Mərkəz kampusunda (Bəşir Səfəroğlu, 122) “Elm və sənət məclisi”nin 68-ci məşğələsi keçiriləcək. Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İB-nin prezidenti professor Fərman Quliyev “Azərbaycanda çayçılıq və subtropik bitkilər” mövzusunda məruzə ilə çıxış edəcək.
Maraqlananlar dəvət olunurlar.