2018-ci il mayın 18-dən 25-dək Xəzər Universiteti THE SAME komandası və Dizayn departamentinin təşkilatçılğı ilə “Sənin baxışın” adlı rəsm müsabiqəsi keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər irqçilik, irqçilyə səssiz qalma, irqçi onlayn nifrət mesajları və s. mövzularda işlənmiş əsərlərlərini qeyd olunan tarixdə Xəzər Universitetinin “Neftçilər” kampusuna (Məhsəti küç. 41) təhvil verməlidirlər.
Əsərlər mayın son həftəsində Xətai Sənət Mərkəzində böyük konsert tədbiri ilə nümayiş olunacaq və seçilən əsərlər mükafatlandırılacaq.
Əlavə məlumat üçün bu telefonla əlaqə saxlamaq olar: (055) 327-54-47.