2018-ci il aprelin 27-si saat 12:00-da Xəzər Universitetində NASA-nın keçmiş əməkdaşı, hazırda “Mersedes-Benz” şirkətində fəaliyyət göstərən Teymur Sadıxov “Avtomatlaşdırma, robotlaşdırma və süni intellekt” (Autonomous Driving, Robotics and AI) mövzusunda seminar keçirəcək.
Qeyd edək ki, Teymur Sadıxov dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır.
Maraqlananlar seminarda iştirak edə bilərlər.