2018-ci il aprelin 26-sı saat 14:00-da (otaq 406N) Xəzər Universiteti Psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə “Ertələmə” xəstəliyi adlı seminar təşkil ediləcək. Seminarı Psixologiya departamentinin müəllimi psixoloq Nilufər Əlizadə keçirəcək.
Qeyd edək ki, Nilufər Əlizadə Xəzər Universitetində ümumi psixologiya ixtisası üzrə bakalavr təhsilini tamamladıqdan sonra İngiltərənin Coventry Universitetində “sağlamlıq psixologiyası” ixtisası üzrə magistr təhsili almışdır.
Maraqlanan hər kəs seminara dəvət olunur.