2018-ci il mayın 8-i 10:20-də Avropa günü ilə əlaqədar Belçikanın Azərbaycandakı səfiri cənab Bert Schoofs Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentində “Belçikanın federativ dövlət quruluşu və onun Avropa İttifaqında rolu” mövzusunda seminar keçəcək. Seminar Xəzər Universitetinin “Neftçilər” kampusu konfrans zalında (102N) baş tutacaq.
Maraqlanan hər kəs seminarda iştirak edə bilər.