Tələbələrin nəzərinə!
Xəzər Universitetinin tələbələrindən tədris prosesi zamanı qarşılaşdıqları mənfi hallarla bağlı şikayət və iradlarını universitetin köhnə binasının birinci mərtəbəsinin girişində və yeni binasının 3-cü mərtəbəsində (301N(a) otağının yanında) yerləşdirilmiş qutulara ataraq, yazılı şəkildə bildirmələri xahiş olunur.
Şikayət və iradlar universitetin rəhbərliyinə təqdim olunacaq və lazımı tədbirlər həyata keçiriləcək.
Ombudsman Mərkəzi