2018-ci il aprel 19-u saat 12:00-da Xəzər Universiteti konfrans zalında (otaq 102N) Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin doktorantı Şəhriyar Ağamirzə oğlu Məmmədovun “ABŞ-Azərbaycan münasibətləri: siyasi təhlil” adlı Beynəlxalq münasibətlər-5901.01- üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.
Maraqlananlar dissertasiya ilə Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentində tanış ola bilərlər.
Magistratura, Doktorantura və Elmi İşlər bölməsi