2018-ci il fevralın 23-ü saat 15:00-da Xəzər Universitetinin “Neftçilər” kampusundakı konfrans zalında (otaq 102N) “Akademik yazının incəlikləri” mövzusunda seminar olacaq. Seminarda iştirakçılara akademik yazının struktur, semantika və sintaksis baxımından xüsusiyyətləri izah olunacaq. Seminarı Xəzər Universiteti Təhsil Departamentinin koordinatoru, Osmangazi Universiteti Təhsilin İdarəolunması ixtisasının doktorantı Qoşqar Məhərrəmov keçirəcək.
Maraqlananlar dəvət olunurlar.