2017-ci il aprelin 4-ü saat 14:00-dan 15:30-a qədər Xəzər Universitetində “Strategiya nədir?” mövzusunda seminar təşkil olunacaq. Seminar universitetin “Neftçilər” korpusunda (otaq 102N) keçiriləcək. SPE Azərbaycan layihəsi çərçivəsində baş tutacaq seminarda məruzəçi kimi Halliburton şirkətinin nümayəndəsi Xatirə Mikayılova çıxış edəcək. Seminarda tələbələrə təşkilatların başlıca məqsədlərə nail olmasında uğurlu strategiyanın rolu və əhəmiyyətindən bəhs olunacaq.
Seminara, ixtisasından asılı olmayaraq, bütün maraqlananlar dəvətlidirlər.
Qeydiyyat üçün bu elektron ünvana yazmaq lazımdır: careercenter@khazar.org.