Kastamonu Universitetində Xəzər Universitetinin akademik işçi heyəti üçün mobillik imkanları mövcuddur. Bütün departamentlərin işçiləri müraciət edə bilər. Bu departamentlərin əməkdaşlarına üstünlük verilir: biologiya, mikrobiologiya, coğrafiya və ətraf mühit, riyaziyyat.
Müraciət etmək üçün “Work Plan” adlı sənədi doldurub CV-niz ilə birgə international@khazar.org ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 02 mart 2017-ci il, saat 17:00-dır.