2021-ci ilin fevral və mart aylarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT) təşkil etdiyi “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsində Xəzər Universiteti Həyat elmləri departamentinin müdiri Asəf Ömərov təlimçi kimi iştirak edir.
Təlimdə məqsəd damazlıq işi üçün müvafiq strategiyanın işlənib hazırlanması, süni mayalanma və yemləmə sistemləri üçün xidmətlərin gücləndirilməsi yolu ilə iribuynuzlu heyvandarlıqda məhsuldarlığın yaxşılaşdırılmasıdır. Nəzəri hissəsi onlayn şəkildə keçirilmiş təlimlərin praktik hissəsi hazırda davam edir. Təlimlər aprel ayının sonuna kimi davam edəcəkdir.
Qeyd edək ki, Asəf Ömərov bu layihədə BMT ƏKTT-nin yerli məsləhətçisi seçilmişdir.