2021-ci il fevralın 11-də Xəzər Universitetinin müəllimi və doktorantı AZTV kanalında yayımlanan “Çıxışa doğru” proqramında psixoloq-ekspert kimi çıxış etmişdir. Proqramın mövzusu zərərli vərdişlərdən biri olan tütün alüdəçiliyi idi.
Nilufər Əlizadə problemin psixoloji təhlilinə nəzər salaraq, bunun yalnız psixoloji bir məsələ olmadığını, insanların hansı sosial, bioloji və psixoloji faktorlar əsasında bu zərərli vərdişə yiyələndiyini vurğulamışdır.
Qeyd edək ki, Nilufər Əlizadə İngiltərənin National Center for Smoking Cessation and Training (NCSCT) tərəfindən keçirilən siqaret tərgitmə proqramında iştirak edərək, sertifikatla təltif olunmuşdur. Veriliş zamanı Nilufər Əlizadə bu proqram zamanı əldə etdiyi bilik və təcrübələri də paylaşmışdır.
Proqramın tam versiyasına aşağıdakı linkdən keçid etməklə baxmaq olar:
https://www.youtube.com/watch?v=AAfEoVKfNhQ&t=1619s&ab_channel=AZTV