2020-ci il dekabrın 16-da QS təşkilatı tərəfindən 2020-ci il üçün inkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin 10 meyar əsasında illik reytinqi müəyyənləşdirilmişdir.
Reytinq siyahısına Şərqi Avropa və Mərkəzi Asiyadan inkişaf etməkdə olan 29 ölkənin ən yaxşı 400 ali təhsil müəssisəsinin adı daxil edilmişdir.
Xəzər Universiteti regionun 60% ən yaxşı universitetləri sırasında yer almışdır.
Keçən illə müqayisədə reytinq cədvəlində bu il Azərbaycandan 7 ali təhsil müəssisəsi yer almışdır. Reytinq siyahısına görə, Xəzər Universiteti 241-250-ci aralığındakı yeri tutmuşdur.
Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2021