2020-ci il sentyabrın 16-da Azərbaycan Respublikası QidaTəhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Koronavirus (COVİD-19) pandemiyası dövründə ali təhsil müəssisələrində, həmin müəssisələrin yeməkxanalarında və bufetlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş normalara, sanitar-epidemoloji və gigiyenik qaydalara, habelə, AQTA tərəfindən hazırlanmış metodik göstərişlərə riayət olunmaqla, işlərin təşkili ilə əlaqədar olaraq, ZOOM proqramı vasitəsilə onlayn görüş keçirildi. Görüşdə respublikada fəaliyyətgöstərən bütün ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. Onlayn görüşdə bir sıra vacib məsələlər müzakirə edildi. Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Əkbər Əliyev pandemiya dövründə həyata keçirilməli olan bir sıra işlər haqqında geniş məlumat verdi və ali təhsil müəssisələrində pandemiya dövründə agentlik tərəfindən hazırlanmış posterlərin yayılmasının vacibliyini vurğuladı.
Görüşdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak etdi.