“Polymathy” kitabının müəllifi, londonlu tanınmış tədqiqatçı-jurnalist və psixoloq Waqas Ahmad populyar “The New Arab" (baş ofisləri London, Doha və Beirutda olan) qəzetinə müsahibə vermiş, İslam dünyasının intellektualları barədə söhbət açmış, yaşayan azsaylı polimatlar (çoxbilginlər, bir çox sahədə yaradıcı fəaliyyət göstərən insanlar) sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasını sədri professor Hamlet İsaxanlının adını çəkmişdir.
Waqas Ahmad professor İsaxanlıdan bəhs edərkən, yazır: “Mənim üçün xüsusi fərqlənənlərdən - iki şəxsdən biri azərbaycanlı təhsil mütəxəssisi professor Hamlet İsaxanlıdır. İsaxanlı tanınmış şair və riyaziyyatçı, eyni zamanda, elm tarixi və fəlsəfəsi haqqında kitabların müəllifi olan maarifçi iş adamıdır”.
Yazını bu link vasitəsilə oxumaq olar: