Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2001 Arxiv
XƏBƏRLƏR
10 İyun, 2025Türkiyə nazirinin Xəzər Universitetində professor - müəllim heyəti və tələbələrlə görüşü
04 İyun, 2025Prof.Akad. Hamlet İsaxanlı Azərbaycan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun seminarında 
31 May, 2025“Xəzər Universiteti Forumu” keçirildi
31 May, 2025“Food Fair” xeyriyyə yarmarkası
30 May, 2025“Dayanıqlı şəhər layihəsi” üzrə Multidisiplinar məkan planlaşdırma təlimi
26 May, 2025“Xəzər”də Ümumdünya mədəni müxtəliflik günü qeyd olunub
21 May, 2025Xəzər Universitetinin nümayəndələri EMU-da keçirilən VII Beynəlxalq Türk Dünyası Turizm Konfransında  
12 İyun, 2025Xəzər Universitetinin əcnəbi doktorantı pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb
11 İyun, 2025KİM-in direktor müavini respublika seminarında
11 İyun, 2025Xəzər Universiteti Avrasiya Akademiyasının qurucularından və ilk üzvlərindən biri Mahmut Gazi Yaşargil vəfat etmişdir

Sumqayıt “Dünya” məktəbində “Elm şənliyi” sərgisi

2019-cu il dekabrın 26-da Xəzər Universiteti Sumqayıt “Dünya” məktəbində “Elm şənliyi” adlı sərgi keçirildi. Sərgidən məqsəd şagirdlərin texniki və təbiət elmlərinin müxtəlif sahələri üzrə apardıqları araşdırmaları əks etdirmək idi.

Sərgidə məktəbin şagird-müəllim kollektivləri və valideynlər, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani, Fizika departamentinin müdiri Nuru Səfərov iştirak edirdilər.

Qırmızı lenti kəsərək sərgini açan professor Hamlet İsaxanlı çıxışında sərginin əhəmiyyətindən və yüksək səviyyədə təşkilindən danışdı və bu münasibətlə məktəb rəhbərliyini, müəllim və şagird kollektivlərini təbrik etdi.

“Robotların yarışı”, “Kimya həyatımızdır”, “Dünyanın fizikləri”, “Biologiya insanların həyatında”, “Vulkanlı dünyamız”, “Ədəbi irsimizdən”, “Tarixə səyahət”, “Dünyanın işləmə mexanizmi”, “Think Green, Save the Earth” və digər guşələrə iştirakçılar böyük maraqla baxdılar.

Qarabağ mədəniyyətinə həsr olunmuş bölmədə nümayiş etdirilən təbii daşlardan, torpaq və otlardan uşaqların öz əlləri ilə qurduqları “Şuşa qalası” və “Bərdə türbəsi” maketləri, milli geyimlərin sərgilənməsi heyranlıqla qarşılandı. Məktəbin rus bölməsinin 5-ci sinif şagirdlərinin müəllimlərin rəhbərliyi ilə Nəcəf bəy Vəzirovun “Nə əkərsən, onu da biçərsən” pyesinin rus dilinə tərcüməsi təqdirəlayiq hadisələrdən biri idi.

IB bölməsinin maraqlı kompozisiyaları, İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səhnəcik də iştirakçılara təqdim olundu.

Məktəbdə əlavə olaraq tədris edilən Çin və Koreya dilləri guşəsi də sərginin rəngarəng hissələrindən idi. ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə məktəbdə tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən təqdimatlarla çıxış etdilər. İştirakçılar ənənəvi Çin çay dəmləmə mərasimini izləyərək, Çin çayını daddılar.

Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Çin dilində nəşr edilən, Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafından bəhs edən “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı tədbir iştirakçılarına hədiyyə olundu.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən şagird yaradıcılığından ibarət kompozisiyalar, elmi araşdırmalar, təcrübi işlər ölkəmiz daxilində bir sıra tədbirlərdə və yarışmalarda iştirak edəcəkdir. Bunlardan biri olan “Ekoloji dayanacaq” adlı ixtira və dizayn işi hər il təşkil edilən “Sabahın alimləri” layihəsinə qatılacaq. Sərgidə nümayiş olunan iki əl işi “Türk Dünyası Bilim Olimpiyaları” adlı dizayn yarışmasında iştirak edəcək layihələrdəndir. Bu işlərdən biri “Well Chair” – Əlil kreslosu, digəri isə marketlərdə rahat alış-veriş üçün təşkil olunmuş xüsusi proqramlı kiçik lövhədir.

Sərgi ümumilikdə Xəzər Universiteti Sumqayıt “Dünya” məktəbində şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərinin inkişafı sahəsində məqsədyönlü işlər aparıldığını əyani nümayiş etdirdi.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025