2019-cu il dekabrın 3-də Xəzər Universitetinin “Neftçilər” kampusunda, Beeco Initiative və Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsi, Beynəlxalq əlaqələr ofisinin dəstəyilə “Ekoturizm: Davamlı inkişaf üçün vasitə?” mövzusunda təqdimat keçirildi.
Mövzunu Mərkəzi Avropa Universitetinin məzunu və Azərbaycanda fəaliyyət göstərən BMT İnkişaf Proqramının Kür-Layihə üzrə kiçik mütəxəssisi Şahanə Bilalova təqdim etdi. Təqdimat zamanı ekoturizmin davamlı iqtisadi artım üçün əhəmiyyəti qeyd edildi.
Təqdimat zamanı ekoturizm nədir, onun davamlılığı, mümkün üstünlükləri və problemləri, onların mümkün idarəetmə həlləri müzakirə edildi.