1992-ci ildə Türkiyədə təhsil almış bir qrup məzun tərəfindən Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsi Dillər və ədəbiyyatlar departamentinin sabiq müdiri dosent Vurğun Əyyubun xatirəsinə “Vurğun Əyyub Təqaüd Proqramı” təsis edilmişdir. Təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olmuş, Azərbaycanda ilk dəfə tətbiq edilən test üsulu ilə ali məktəblərə qəbul prosesinin həyata keçirilməsinə rəhbərlik etmiş, Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş dosent Vurğun Əyyubun adını yaşatmaq, eyni zamanda, bakalavr və magistr tələbələrinə təhsil aldıqları müddətdə təhsillərini uğurla davam etdirmələrinə dəstək olmaqdır.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar: