Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun həmmüəllifi olduğu (Samir İsmayılovla birlikdə) “Bakı Dövlət Universitetinin tarixi” adlı kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxmışdır.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Məryəm Seyidbəylidir. Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanda Avropa tipli ilk ali təhsil müəssisəsinin yaradılması ilə bağlı Azərbaycan Xalq Cumhuriyyətinin gördüyü tədbirlər, Parlament fraksiyalarının universitetin açılması ilə bağlı mövqeyi, Azərbaycan SSR Xalq Maarif Komissarlığının universitetlə bağlı dekretlərinə müvafiq quruculuq işləri öz əksini tapmışdır.