2019-cu il iyunun 26-da “Environmental Monitoring və Assessment” jurnalında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun “Sumqayıt ətrafında davamlı üzvi çirkləndicilərlə çirklənmiş torpaqların bərpası” (Remediation of soil contaminated with persistent organic pollutants in Sumgait, Azerbaijan) adlı məqaləsi dərc edilmişdir. Bu məqalədə davamlı üzvi çirkləndicilərlə çirkləndirilən torpaqlarda aparılan bioremediasiya işlərinin torpaqların təmizlənməsinə və çirklənmə səviyyəsinə təsiri təhlil olunur və göstərilir ki, torpaq bərpa işləri çirklənməni əhəmiyyətli şəkildə azaldır.
Qeyd etmək lazımdır ki, adı çəkilən jurnal çox yüksək impakt faktoru olan jurnaldır.
Məqaləni bu link vasitəsilə oxumaq olar:
https://link.springer.com/article/10.1007/s10661-019-7560-7.