2019-cu il mayın 27-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri və həkimi psixiatr Elşən Mustafayev “Depressiya” mövzusunda seminar keçirdi.
Seminarda depressiya əlamətləri, diaqnostikası, psixoterapiyanın müalicədəki rolu, psixoloq və psixiatrların xəstəliyə olan yanaşması və Azərbaycandakı statistika haqqında məlumat verilərək, praktikada ən çox rast gəlinən məqamlara toxunuldu. Seminarda Xəzər Universitetinin psixologiya ixtisasının tələbələri ilə yanaşı, digər ixtisasların tələbələri, universitetin əməkdaşları və psixoloji fəaliyyətlə məşğul olan psixoloqlar da iştirak edirdilər.