2019-cu il aprelin 11-dən 15-dək “Azergold” MMC-nin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Azərbaycan Resppulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyilə Bakıda “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim keçirildi. Təlimdə Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov “İqlim dəyişikliyinin Azərbaycanda aqrar sektora təsiri: Tendensiyalar və mövcud problemlər” və “Milli aqrar sektorda iqlim dəyişikliyi zəminində su idarəçiliyi: mövcud problemlər və həll yolları” mövzularında çıxışlar etdi.
Təlimdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iştirak edirdilər.
Təlimdə Azərbaycanın müxtəlif rayonlarından 60 fermer də iştirak edirdi.