2019-cu il aprelin 3-dən 6-dək tarixlərində Erasmus+ AESOP layihəsi çərçivəsində Xəzər Universiteti Qəbul və tələbə şöbəsinin rəhbəri Lamiyə Namazova, Xəzər Psixoloji Mərkəzinin rəhbəri Mələk Kərimova və Təlim və tədris mərkəzinin direktoru Ülkər Bayramova Ukraynanın Vadim Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinə səfər etmiş və layihənin idarəetmə görüşündə iştirak etdilər.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Portuqaliya, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən olan 16 tərəfdaş universitetin 40-dan çox nümayəndəsi iştirak edirdi.
2 günlük görüşdə tərəfdaş universitetlər layihə çərçivəsində görülən işlərdən, ombudsman ofislərinin qurulması və onların fəaliyyəti, tələbələr və universitetlərin akademik heyəti, həmçinin, administrativ əməkdaşlar üçün keçirilmiş təlimlər haqqında məlumat verdilər, tələbələr arasında ombudsman ofislərinin fəaliyyəti ilə bağlı keçirilmiş sorğuların nəticələrini təqdim etdilər. Görüşün sonunda layihə tərəfdaşları növbəti idarəetmə görüşünün mayda Xəzər Universitetində və layihənin son konfransının iyulda Akaki Tsereteli Dövlət Universitetində (Gürcüstan) keçirilməsi qərarına gəldilər.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.