2019-cu il aprelin 1-i və 2-də Portuqaliyanın Bragansa Politexnik İnstitutunun (IPB) nümayəndələri Erasmus+ proqramı təlim mobilliyi çərçivəsində Xəzər Universitetində oldular.
Səfərin məqsədi mövcud əməkdaşlığın analizi, gələcək layihələrin müzakirəsi, eləcə də, üstün təcrübələrin bölüşülməsi idi. IPB nümayəndə heyəti Kimya və biologiya texnologiyaları departamentinin professoru Dr. Helder Teixeira Gomes və Beynəlxalq əlaqələr üzrə mütəxəssis Joana Aguiardan ibarət idi.
Səfərin proqramına rektor və prorektorlarla görüş, kampus gəzintisi, müvafiq departamentlərlə əməkdaşlığın müzakirəsi və beynəlxalq əlaqələr şöbəsi ilə görüş daxil idi.
Xəzər Universiteti Bragansa Politexnik İnstitutu ilə 2017-ci ildə Anlaşma Memorandumu və İkili Diplom proqramları haqqında Anlaşma imzalayaraq, əməkdaşlığa başlamışdır.