2017-ci il oktyabrın 19-da Xəzər Universiteti Doktorantura və Magistratura Birliyi Azərbaycan Elm Assosiasiyasının həmsədr müavini və London Universitet Kollecinin Nanotexnologiya üzrə doktorantura tələbəsi Mədinə Quliyevanı Xəzər Universitetində qonaq etdi. Mədinə Quliyeva öz tədqiqat sahəsi olan “Tibdə nanotexnologiya” mövzusunda seminar vermiş, dinləyənlərlə müzakirələr aparmışdır.
Seminarda universitetin tələbələri ilə yanaşı, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru Dr.Hassan Niknafs, Elmi işlər üzrə prorektor İradə Xəlilova gənc tədqiqatçı ilə müzakirələrdə iştirak etdilər.