2017-ci il mayın 15-də Xəzər Universitetini 1996-1997-ci illərdə bitirmiş məzunlarla universitetdə görüş keçirildi. Əvvəlcə, universitetin Məzunlarla İş Mərkəzinin müdiri Baba Bayramlı məzunları salamladı və görüşün məqsəd və gözləntiləri barədə iştirakçılara məlumat verdi.
Sonra universitetin rektoru Dr. Hassan Niknafs məzunlarla universitet arasında sıx qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətini vurğuladı və məzunlarla belə bir əməkdaşlığın uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi. Öz keçmiş tələbələri ilə yenidən görüşməkdən məmnun olduğunu bildirən professor Məhəmməd Nuriyev məzunları universitet həyatında fəal iştirak etməyə səslədi və onların öz uğurları barədə “Xəzər Xəbər” jurnalında silsilə yazılar dərc etdirməsinin tələbələr üçün çox maraqlı və faydalı ola biləcəyini qeyd etdi. Xəzər Universiteti Məzunlar Assosiasiyasının vitse-prezidenti Ramal Əhmədov qurumun fəaliyyəti barədə məlumat verdi və məzunları assosiasiyanın üzvləri sırasına qoşulmağa dəvət etdi. Məzunlardan “BP- Azərbaycan” şirkətinin maliyyə meneceri Azər Qasımov, “Paşa Holding”-in şöbə müdiri Mirbağır Mirbabayev, Macarıstan Ticarət Palatasının Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Anar Kərimov, “Marketsaz” şirkətinin icraçı direktoru Aydın Babayev, “Aristokrat” Turizm şirkətinin şöbə müdiri Murad Aslanov, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Namiq İbrahimov, ARPA İctimai Birliyinin Himayəçilər Şurasının sədri Rüfət Mahmud, “Barama K.M.” şirkətinin direktoru Yusif Hacıyev, “Bioworks” şirkətinin Xəzər regionu üzrə nümayəndəsi Yusif Məmmədli, “Nort West Construction” şirkətinin maliyyə müdiri Xalid Acalov, “SOLUS MMC” şirkətinin satış meneceri Kamran İsgəndərov, “Real MMC” şirkətinin meneceri Samir Nuriyev, “Azintellectservis” şirkətinin icraçı direktoru Kamran Behbudov, “Gəmi Qaya MMC” şirkətinin meneceri Eldar Lətifov və “GABEG Ltd” şirkətinin təsisçisi və direktoru Yaşar İsgəndərov çıxış edərək, görüşdən məmnunluq duyduqlarını və bu görüşlərin müntəzəm təşkilinin və Xəzər Universiteti ilə daha sıx əlaqələr qurmağın zəruri olduğunu söylədilər, həmçinin, öz fəaliyyətləri haqqında qısa məlumat verdilər.
Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, İngilis dili departamentinin müəllimi Firəngiz Nəsirova, Akademik Keyfiyyətin Təminatı mərkəzinin müdiri Lyudmila Sotova və İqtisadiyyat və menecment fakültəsinin dekani Ceyhun Məmmədov görüşdə iştirak etdilər.