2017-cil il aprelin 10-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı argentinalı yazıçı Xorxe Luis Borxesin (Jorge Luis Borges) tələbəsi, həmçinin, Roma klubunun Argentina filialının Direktorlar Şurasının və İdarə Heyətinin üzvü Silvia Zimmerman ilə görüşdü. Görüşdə Argentina və Azərbaycan arasında mədəniyyət əlaqələrinin inkişafı və Xəzər Universitetinin bu işdə rolu müzakirə olundu.
Görüşdə, həmçinin, Argentina səfirliyinin əməkdaşı, konsul Eduardo Cavallero və Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova da iştirak etdilər. Azərbaycan və Argentinanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunan mövzulardan biri idi.