2017-ci il yanvarın 25 və 26-da Brüsseldə Erasmus+ proqramı çərçivəsində 2016-cı il üçün maliyyələşdirilməyə seçilmiş layihələrin koordinatorlarının illik görüşü keçirildi. Görüşdə Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva da iştirak edirdi. İki günlük görüşdə 100 ölkədən 147 ali məktəbin nümayəndəsi layihə ilə bağlı fikir mübadiləsi və müzakirələr apardı. Görüşün ikinci günü xüsusi yaradılmış qrup sullara cavab verdi.
Ardıcıl olaraq dördüncü ildir ki, Xəzər Universiteti layihə qazanır və ikinci dəfədir ki, Xəzər Universiteti layihə qazanan yeganə Azərbaycan universitetdir.
Xəzər Universitetinin “Azərbaycan Universitetlərində təlim-tədris prosesinin inkişafı” adlı hazırkı layihəsi 14 yerli və Avropa universitetini bir araya gətirir və Azərbaycanda təlim-tədris işinin gücləndirilməsinə xidmət etməyi nəzərdə tutur.