20 yanvar 2017-ci il tarixində 525-ci qəzetdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlının “Koroğlu Mövzusu Amerikanın Şeir və Musiqi Dünyasında” adlı məqaləsi çap olunub. Məqalədə Henry Wadsworth Longfellow-nun yaradıcılığı, “The Leap of Roushan Beg” şeiri, şifahi xalq ədəbiyyatı nümunələrinin yazıya alnıması problemləri, şeirə Amerikalı bəstəkarlar tərəfindən yazılmış balladalalar haqqında fikirləri, habelə Longfellow-nun “Koroğlu Dastanı” ilə tanışlığı və Cəfər Cabbarlının şeiri Azərbaycan dilinə çevirməsi haqqında faktlara əsaslanan fərziyyələri öz əksini tapıb.