Vaxtilə Xəzər Universitetində rektor assitenti, department müdiri və dekan vəzifələrində çalışmış professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetində sentyabrdan Tədris işləri üzrə prorektor vəzifəsini, dekabrdan isə universitetin rektor əvəzi vəzifəsinin icrasını yerinə yetirir.
Professor Abdullayev Azərbaycan Dillər Universitetində təhsil almışdır. O, 1995-1999-cu illərdə ABŞ-da Minnesota Universitetində magistr dərəcəsi üzrə təhsil almışdır. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına qəbul olmuşdur. 2000-ci illərin əvvəllərində ABŞ-ın Harvard və Florida Beynəlxalq universitetlərində əzəmiyyətdə olmuşdur.
Ə.Abdullayev 6 dərsliyin və 100-dən çox elmi məqalənin müəllifdir.