Aprelin 25-də Xəzər Universiteti Kamera orkestrinin Asəf Zeynallı adına Musiqi Kollecində geniş konserti oldu. Konsert universitetin 25 illiyinə həsr olunmuşdu. Konsertdə universitetin və kollecin rəhbərliyi, kollecin müəllim və tələbələri iştirak edirdilər.
Kollecin direktoru Nazim Kazımov tədbiri açaraq, qonaqları təqdim etdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı universitetin mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verdi.
Kamera orkestrinin ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Solist Xəzər Universitetinin magistr tələbəsi Elçin Feyzullayev idi.
Konsertdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak edirdi.
Sonda N. Kazımov konsertə görə Xəzər Universitetinin rəhbərliyinə, universitetin Musiqi və incəsənət departamentinə, orkestrin üzvlərinə təşəkkürünü bildirdi və universitetə hədiyyə təqdim etdi.
Kamera orkestrinin universitetin 25 illiyinə həsr olunan silsilə konsertləri davam edəcək.