2018-ci il oktyabrın 16-dan 24-dək Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov BMT və Beynəlxalq Göl Komitəsinin birgə təşkilatçılığı ilə Yaponiyanın İbaraki vilayətinin Tsukuba şəhərində keçriləcək Dünya Göl Konfransında “Dəvət olunmuş mühazirəçi” kimi iştirak edəcək. O, bu konfransda Xəzər Universiteti adından “Metropoliten ərazi göllərinin ekosistem servisləri” mövzusu ilə məruzə edəcək.