Xəzər Universitetinin tələbələri beynəlxalq elmi tədbirlərdə fəal iştiraklarını davam etdirirlər. Universitetin Kimya və kimya mühəndisliyi departamentinin kimya mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Asim Əmrahovun elmi işi Qafqaz Universitetinin ev sahibliyi etdiyi “Education, Science and Technology for a Sustainable Future” beynəlxalq konfransında təqdim olunub.
“Complexation Behavior of Europium(III) with 2-Hydroxy-5-(naphthalen-1-yldiazenyl)benzaldehyde and Its Analytical Application” adlı tədqiqat işi Kimya və kimya mühəndisliyi departamentinin müdiri Dr. Tahir Cavadzadənin elmi rəhbərliyi altında yerinə yetirilib.
Tədqiqat işində Europium (III) ionlarının yeni üzvi liqandla kompleks əmələgətirmə xüsusiyyətləri araşdırılıb və alınan nəticələrin analitik kimyada, xüsusilə nadir torpaq elementlərinin spektrofotometrik təyinində potensial tətbiq imkanları öyrənilib.