Hörmətli tələbələr,
Sizi universitetimiz ictimaiyyətinə Çin mədəniyyətinin zənginliyini tanıtmaq və təbliğ etmək məqsədilə təşkil olunan ilk Çin yeni ili tədbirimizə qatılmağa dəvət edirik.
Tədbir fevralın 24-də saat 12:00-da Mərmər zalda keçiriləcək. Bu bayram toplantısı bütün iştirakçılar üçün maraqlı və interaktiv mədəni təcrübə yaratmağı hədəfləyir.
Tədbin proqramına müxtəlif əyləncəli və təhsil xarakterli fəaliyyətlər daxildir:
Zodyak Viktorinası – Çin bürcünüzü tapın və onun mənasını öyrənin.
İnteraktiv Suallar və Oyunlar
Yaradıcı Origami və Kağız Kəsmə
Ənənəvi Çin Rəqsləri
İştirakçılar üçün qəlyanaltı və içkilər təqdim olunacaq, bu da öyrənmə, sevinc və bayramla dolu isti və səmimi mühit yaradacaq.
İştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyat formasını doldurun:
Sizi bu şənlikdə görməyi səbirsizliklə gözləyirik!