Xəzər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275 s nömrəli sərəncamı ilə təsdiq edilmiş qəbul planına əsasən doktorantura səviyyəsi üzrə aşağıdakı ixtisaslara qəbul elan edir.
İxtisasın şifri | İxtisasın adı | Fəlsəfə doktoru proqramı üzrə | ||
Doktorantura | ||||
Cəmi | Əyani | Qiyabi | ||
1202.01 | Analiz və funksional analiz | 1 | 1 |
|
1203.01 | Kompüter elmləri | 1 | 1 |
|
2212.01 | Nəzəri fizika | 1 |
| 1 |
2391.01 | Ekoloji kimya | 1 | 1 |
|
2406.02 | Biokimya | 1 | 1 |
|
2409.01 | Genetika | 1 | 1 |
|
2415.01 | Molekulyar biologiya | 1 | 1 |
|
2525.01 | Neft və qaz yataqlarının işlənməsi və istismarı | 1 | 1 |
|
3347.01 | Nanotexnologiya və nanomateriallar (sahələr üzrə) | 1 | 1 |
|
5308.01 | Ümumi iqtisadiyyat | 1 | 1 |
|
5310.01 | Dünya iqtisadiyyatı | 1 | 1 |
|
5708.01 | German dilləri | 3 | 1 | 2 |
5714.01 | Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik | 1 |
| 1 |
5716.01 | Azərbaycan ədəbiyyatı | 1 | 1 |
|
5718.01 | Dünya ədəbiyyatı (ingilis, alman, fransız) | 1 |
| 1 |
5802.01 | Təhsilin təşkili və planlaşdırılması | 1 | 1 |
|
5804.01 | Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi | 1 | 1 |
|
5901.01 | Beynəlxalq münasibətlər | 1 | 1 |
|
6107.01 | Ümumi psixologiya | 1 | 1 |
|
Cəmi: | 21 | 16 | 5 |
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsi ilə 13 may saat 11:00-dan 2 iyun saat 18:00-a kimi həyata keçiriləcəkdir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Əlavə məlumat üçün əlaqə:
E-mail: gbahaddinova@khazar.org
Tel: (+99412) 421 10 93 (daxili 221)