Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 2024-cü il mayın 19-da Türkiyənin CNN Türk, TGRT Haber, Tvnet kanallarında İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın qəzaya uğrayan helikopteri, Azərbaycan-İran münasibətləri və bölgədə baş verən proseslərlə bağlı geniş şərhlər təqdim edib.